Müğənninin oğlu təcili əməliyyat olundu - foto

9 Fevral 2016 17:21 (UTC+04:00)

Müğənni İşın Karacanın oğlu təcili xəstəxanaya aparılıb.Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk müayinələrin ardından dərhala əməliyyat olunan Erdanın bağırsaqlarında problem olduğu öyrənildi.  Oğlunun vəziyyəti haqda məlumat verən İşın bu haqda sosial mediada yazıb:"Şərdə də xeyir var... Dünən kəskin mədə ağrılarından sonra Erda ciddi bağırsaq əməliyyatı keçirdi. Çox şükür, indi yaxşıyıq.Dəstək olan, kömək göstərən hər kəsə, həkimlərə minnətdaram..."