Təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr olunacaq

10 Fevral 2016 11:08 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 24-cü il dönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, əmrlə ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.  Əmrlə Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.