Amerikada həkimlər qəribə hal ilə üzləşiblər.Movqe.az milli.az-a istinadən bildirir ki, adının çəkilməsini istəməyən 64 yaşlı qadın bədənində yaranan şişkinliklərdən qorxuya düşərək xəstəxanaya gedib. Həkimlər qadının belində, qolunda və boynunda yağ topalarının yığılıb qaldığının şahidi olublar.Həkimlər bildiriblər ki, bu şişkinlik 5 ildir ki var, sadəcə olaraq bədən formasına təsir etməyib. Onlar qeyd ediblər ki, xəstə çox az rast gəlinən "Madelung" xəstəliyinə tutulub.Həkimlər xəstənin bu hala düşməsinin səbəbini onun 40 il alkoqollu içkilər içməsi ilə əlaqələndiriblər. Onlar xəstəyə əməliyyat olunmasını söyləyiblər.Yaşlı qadın əməliyyatdan imtina edərək, spirtli içkiləri tərk edəcəyini bildirib.