Azərbaycan hərbçisi şəhid olub

10 Fevral 2016 13:06 (UTC+04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə fevralın 10-da qeydə alınıb. Düşmən təxribatı nəticəsində hərbi qulluqçu Quliyev Rahib Nəriman oğlu şəhid olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.