Bu ölkədə uşaq olmaq çox çətindir
21 Noyabr 2012 17:25 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərədə
aparılan bir araşdırma, ölkədə təxminən 2 min 500 uşağın 2010-cu il
avqust və 2011-ci il oktyabr tarixlərində müxtəlif qruplar
tərəfindən qaçırdılaraq təcavüz ya da zorakılığa məruz qaldığını
aydınlaşdırıb. Uşaq Komissiyası Ofisinin nümayiş etdiyi hesabata
görə, ölkədə 16 min 500 uşaq təcavüz qorxusu altında yaşayır.
İngilis hökuməti, hesabat qələmə alınarkən istifadə edilən
metodologiyanı tənqid edib, lakin komissiya hesabatın ciddi bir
araşdırmadan sonra ortaya qoyulduğunu bildirib. Hesabatda, uşaqları
qaçırdanların çoxunun ağ irqə mənsub olduqları qeyd edildi.
Müxalifətin İşçi Partiyasının Kölgə Daxili İşlər naziri Uvette
Kuper, hökumətin hərəkətə keçməsini və uşaqların qorunması üçün
planlar yaradılmasının lazım olduğunu söyləyib.