Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bolqarıstan XİN-in bununla bağlı məktubu BMT-nin Nyu-Yorkdakı iqamətgahına göndərilib. Sənəddə qeyd edilir ki, İ. Bokova təcrübəsi nəzərə alınmaqla, bu posta ən uğurlu namizəddir. Qeyd edək ki, İ. Bokova 2009-cu ildən BMT-nin elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-ya rəhbərlik edir.