General huşunu itirdi – FOTO + VİDEO

11 Fevral 2016 14:46 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin büdcə layihəsi ilə bağlı keçirilən mətbuat konfransında maraqlı xoşagəlməz hadisə yaşanıb. 

 

Movqe.az xarici KİV-ə istinadla xəbər verir ki, general-mayor Ceyms Martin sualları cavablandıran zaman vəziyyəti pisləşib və o, huşunu itirərək başını tribunaya doğru əyib.

 

General təcili şəkildə klinikalardan birinə yerləşdirilib. Onun vəziyyəti stabildir. Məlumata görə Ceyms Martin təzyiqi kəskin şəkildə artdığından huşunu itirib.