Rafael Dadaşovun keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMALAR

11 Fevral 2016 15:10 (UTC+04:00)
Xalq artist Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova Türkiyənin FOX kanalında yayımlanan  "Zuhal Topalla izdivaç" verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə,  verilişə zəng edən Asif adlı kişi Sədaqətlə 27 il bundan əvvəl eşq yaşadığını bildirib. S.Dadaşova isə kişinin bu zəngini cavabsız qoymayıb: "Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Nahaq bura zəng edib. Bizim aramızda hər şey bitib".