Bakıda dələduz qadına 9 illik həbs cəzası verilib

11 Fevral 2016 15:35 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, R. Abbasova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.