"Çalışacağıq ki, "qızıl set"ə qədər getməyək"

12 Fevral 2016 11:00 (UTC+04:00)

"İtaliya voleybolun vətəni sayılır. Buna baxmayaraq, çox çətin oyun keçdi".Movqe.az Goal.az-a istinadən  xəbər verir ki,, bunu voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının baş məşqçisi Ziya Rəcəbov İtaliya "Novara"sını 3:1 hesabı ilə yendikləri CEV Kubokunun Çelenc raundundakı ilk oyundan sonra deyib.Gənc mütəxəssis hesabda 2:0 üstün olduqları vaxt üçüncü setdə müəyyən çətinliklə üzləşdiklərini bildirib: "4-5 top fərqi ilə irəlidə olduğumuz zaman həmin seti əldən verdik. Amma yekunda qalib olduq. Bu, idman şansıdır. Uda da, uduza da bilərdik. Yaxşı ki, 3:1 hesabı ilə qələbə qazandıq".Rəcəbov fevralın 23-də keçiriləcək cavab görüşündə qalibin "qızıl set"də müəyyənləşməsinə imkan verməyəcəklərini söyləyib: "iki setdə üstün olsaq, qələbə bizim olacaq. Amma çalışacağıq ki, "qızıl set"ə qədər getməyək. "Qızıl set"də əlavə şansımız da olur. Amma buna imkan verməyəcəyik".