Polad Bülbüloğlu Rusiyanın Kemerovo vilayətinə səfər edib

12 Fevral 2016 14:00 (UTC+04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Kemerovo vilayətinə səfər edib.Movqe.az-ın APA-ya istinadən məlumata görə, səfər çərçivəsində səfir vilayət qubernatoru Amangeldı Tuleyevlə görüşüb.Səfir Azərbaycan prezidenti İlham Əliyevin A. Tuleyevi Azərbaycanla Rusiya arasında əməkdaşlığın, dostluğun və əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə təltif etdiyi  "Dostluq" ordenini vilayət rəhbərinə təqdim edib. Görüş zamanı tərəflər Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin hazırki səviyyəsindən razılıqlarını ifadə ediblər. P. Bülbüloğlu qeyd edib ki, Azərbaycan gələcəkdə Rusiyanın nəinki mərkəzi ilə həmçinin regionları ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. O bildirib ki, artıq bir çox regionlarla bu istiqamətdə işlər görülür. Səfir ikitərəfli əlaqələri inkişafı və möhkəmlənməsində hər iki ölkə prezidentinin xüsusi rolunu qeyd edib.A. Tuleyev isə belə bir yüksək mükafat üçün Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və öz tərəfindən bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib. Azərbaycan diasporundan danışan vilayət rəhbəri vilayətdə 7 mindən çox azərbaycanlının yaşadığını qeyd edib.Onu da bildirək ki, Kemerovo qubernatoru Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələrinə, musiqi irsinin zənginləşdirilməsinə görə P. Bülbüloğlunu Kuzbassın "Şərəf" ordeni ilə təltif olunub.