"Belə müğənnilərə qıcıqlanıram" - əməkdar artist

12 Fevral 2016 15:35 (UTC+04:00)

Əməkdar artist Əkbər Əlizadə müğənnilərə irad tutub. Movqe.az-ın  Axşam.az-a istinadən məlumatına görə, aktyor "Hər şey daxil" verilişində onların efirlərdə fonoqram oxumasından şikayətlənib:"Canlı oxumaqdan çəkinirlər. Belə müğənnilər məndə qıcıq hissi oyadır. Baxırsan ki, musqiçiləri düzürlər arxalarına. Amma ağızlarını açanda görürsən ki, fonoqram imiş. Canlı oxumaqdan niyə çəkinirlər?".