Beynəlxalq Bank nizamnamə kapitalını 1,141 mlrd. manata çatdıracaq

12 Fevral 2016 16:30 (UTC+04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.Movqe.az xəbər verir ki,  ABB-dən "APA-Economics"ə verilən məlumata görə, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 mln. manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 mlrd. 141,3 mln. manata çatdırılması qərara alınıb.Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.