Fransanın nüfuzlu "France Football" nəşrinin oxucuları arasında dünya futbol tarixinin ən yaxşı qapıçıları ətrafında sorğu keçirilib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, toplam 24548 nəfərin iştirak etdiyi sorğunun qalibi "Juventus" və İtaliya millisinin 1 nömrəsi Canluici Buffon olub. O, səslərin 44%-ni toplayıb. İkinci pillədə Fabien Bartez (17%), üçlüyün son pilləsində isə əfsanəvi Lev Yaşin və Oliver Kan (7%) qərarlaşıb. Sonrakı yerləri İker Kasilyas və Manuel Noyer (6%) tutur. Edvin van der Saar (3%), Dino Zoff və Peter Şmeyxel (2%), Petr Çex (1%), Zepp Mayer (1%), Qordon Benks (1%), Piter Şilton (1%) və Rikardo Zamora (1%) da siyahıda yer alıb.