Serdar Ortac xanımı haqda: "O da toxunmağımı istəməz"

13 Fevral 2016 21:30 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Serdar Ortac xanımı, irlandiyalı model Xlo Loqanla İstanbulun mərkəzi küçələrinin birində görüntülənib.Movqe.az "Gecce"yə istinadən bildirir ki, müğənni ayaqüstü jurnalistlərin suallarını cavablandırıb. O, xanımını qısqanmadığını bildirib. Müğənni qısqanclığı barəsində yayılan xəbərlər barəsində açıqlama verərək: "Elə bir şey yoxdur. Mən də normal insanlar qədər qısqancam. Xlonun telefonuna heç vaxt toxunmamışam. Bilirəm ki, o da toxunmağımı istəməz", - deyib.