Səudiyyə Ərəbistanının döyüş təyyarələri artıq Türkiyənin “İncirlik” aviabazasına gəlib

14 Fevral 2016 11:45 (UTC+04:00)

 Səudiyyə Ərəbistanının döyüş təyyarələri artıq Türkiyənin "İncirlik" aviabazasına gəlib.Movqe.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Əhməd əl-Asiri bildirib. Onun açıqlamasına əsasən, İŞİD-ə qarşı hərbi-hava əməliyyatında iştirak edəcək Səudiyyə Ərəbistanının döyüş təyyarələri artıq Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşdirilib.