Bakıda 7 yaşlı uşaq su quyusuna düşərək ölüb

15 Fevral 2016 13:11 (UTC+04:00)

Bakıda azyaşlı faciəli şəkildə ölüb.Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2009-cu il təvəllüdlü İbrahim Məmmədov yaşadığı evin həyətindəki  su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.