Sumqayıtda bir nəfər dənizdə batıb.Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb.