FHN-in Apellyasiya Şurasının ilk iclası keçirilib

15 Fevral 2016 18:25 (UTC+04:00)

Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib.Movqe.az xəbər verir ki, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.