Azərbaycanlı ata qızını Malaxovun verilişində tapdı

16 Fevral 2016 10:57 (UTC+04:00)

Rusiyada yayımlanan "Pust qovoryat" (Qoy desinlər) tok-şousunda bu dəfə azərbaycanlı kişi qonaq olub.Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, Rusiyanın Amur vilayətində tanış olan sevgililər otuz ildən sonra proqramda görüşüb. Olesya Konovalova verilişin aparıcısı Andrey Malaxovdan onun atasını tapmağı istəyib. Anası qıza atasının azərbaycanlı Ramiz Qarayev adlı birinin olduğunu deyib. Verilişə gələn E.Qarayev qızı ilə tanış olmaqla yanaşı, 30 il əvvəl birlikdə olduğu Valentina (Olesyanın anası – red.) ilə də qarşılaşıb. Valentina ilə sevgi macərasından danışan Ramiz gəncliyində Svobodniya milis işləməyə gəlib. Orada öz sevgilisi ilə kirayə qalıb. Sonradan Ramiz Azərbaycana qayıtmalı olub. Valentina isə Amur vilayətində qalıb və başqasına ərə gedib.