Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər

16 Fevral 2016 11:29 (UTC+04:00)

Rusiya İranı yüz "Sukhoi Superjet 100" yaxın məsafəli sərnişin təyyarələri ilə təciz edə bilər. Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) vitse-prezidenti Vladislav Masalov bəyan edib.Onun sözlərinə görə, əlaqələrin geniş miqyasda inkişafı üçün xüsusi işçi qrupu yaradılıb. Bu qrup təyyarələrin göndərilməsini, həmçinin komplekt hissələrinin buraxılışını təmin etmək məqsədi ilə yaradılıb.SJ-100 yeni nəsil təyyarələri "Suxoy mülki təyyarələri" Qapalı Aksioner Cəmiyyətinin İtaliyanın "Alenia Aermacchi" şirkəti ilə birgə məhsüludur. Təyyarələr istismara 2011-ci ildən buraxılıb.