Sinemlə Kənanın nişan günündən fotolar

16 Fevral 2016 15:30 (UTC+04:00)

Aktyor Kenan İmirzalıoğlu dünən sevgilisi, aktrisa Sinem Kobalı ailəsindən istəyib.Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ailə arasında baş tutan nişan mərasimindən sonra Sinemin barmağındakı üzük diqqətdən yayınmayıb.Həmin gün Kobal gözəllik salonuna gedərkən də görüntülənib. O, saç və makiyajını düzəltdirdikdən sonra oradan ayrılıb.Jurnalistlər aktrisadan "Kənana duzlu qəhvə hazırladınız" deyə soruşublar. O, gülərək dostları ilə uzaqlaşıb.