Türkiyədə yenə partlayış olub - yaralılar var

17 Fevral 2016 10:44 (UTC+04:00)

Türkiyənin Suriya ilə sərhəd olan Mardin şəhərində yeraltı keçidlərin birində partlayış baş verib. Movqe.az Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, partlayışın səbəbi hələ məlum deyil.Partlayış nəticəsində 4 nəfər yaralanıb, onların vəziyyəti ağır qiymətləndirilir.Yaralıların Türkiyə vətəndaşları olduğu bildirilir. Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.