Çempionlar Liqası 1/8 final: "Roma" - "Real Madrid", "Gent" - "Wolfsburg"

17 Fevral 2016 12:16 (UTC+04:00)

Bu gün Çempionlar Liqasının 1/8 finalında daha 2 qarşılaşma keçiriləcək.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması "Roma" və "Real" komandaları arasında keçiriləcək. Bu qarşılaşma Zinəddin Zidanın Çempionlar Liqasında baş məşqçi kimi debütü ilə əlamətdardır. "Roma" son 13 matçda bütün cəbhələrdə yalnız bir dəfə uduzub. "Real madrid" isə son 8 iki oyunluq qarşıdurmalarda İtaliya təmsilçilərinə yenilib.Digər oyunda "Gent" doğma meydanda "Wolfsburg"u qəbul edəcək. Hər iki komanda Çempionlar Liqasının "pley-off" mərhələsində debüt edəcək.

Çempionlar Liqası, 1/8 final

17 fevral

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)23:45. "Gent" (Belçika) - "Wolfsburg" (Almaniya)