İspaniyanın AVRO-2016-dan diskvalifikasiyası məsələsi qaldırıla bilər

17 Fevral 2016 13:55 (UTC+04:00)

İspaniya Futbol Federasiyası "qırmızı furya"nı AVRO-2016-nın iştirakçıları sırasından çıxarmaq şərtini yenidən qoymağa hazırlaşır. Federasiyanın prezidenti Anhel Maria Vilyar "Recreativo" və "Marin" klublarına qeyri-qanuni ödənişlər həyata keçirməkdə ittiham olunur. Bu iddia təsdiqlənsə, Vilyarın vəzifə səlahiyyətləri dondurula bilər. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, federasiyanın iki vitse-prezidenti FİFA-nın ünvanına məktub imzalayaraq  İspaniya hökumətinin assosasiyanın işlərinə müdaxilə etdiyini bildirib. Əgər İspaniyanın İdman Arbitraj Tribunalı Vilyara qarşı iş açsa, həmin imzalı məktub FİFA-ya göndəriləcək.