Ledi Qaqa yenə də təəccübləndirir - foto+video

17 Fevral 2016 14:30 (UTC+04:00)

Müğənni Ledi Qaqa artıq bir neçə gündür ki, getdiyi tədbirlərdə rəngli saç düzümü ilə fərqlənir.Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl "Grammy" mükafatlandırma mərasimində mərhum musiqiçi Devid Bouieni yad etmək üçün səhnəyə çıxan ifaçı onun 8 mahnısını səsləndirib. Maraqlı saç düzümü və geyimi ilə seçilən Ledi ifası ilə də tamaşaçıları yaxşı mənada təəccübləndirib. Lakin Devid B.-nin oğlu bugünkü açıqlamasında L.Qaqanın performansını bəyənmədiyi deyib.L.Qaqa dünən qatıldığı tədbirlərdən birində də narıncı saçı ilə görüntülənib.