İlhamə Quliyevanın həbsdə olan köməkçisinin apellyasiya şikayəti təmin edilməyib

17 Fevral 2016 16:20 (UTC+04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb.Movqe.az xəbər verir ki, vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, məhkəmə şikayəti təmin etməyib.Qeyd edək ki, fevralın 13-də Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.