Ronaldonun rus sevgilisi – FOTO

19 Aprel 2012 13:29 (UTC+04:00)


Rus model İrina Şayk, sevgilisi, məşhur futbolçu Kristiano Ronaldo ilə bağlı ona verilən sualdan yayınmağa çalışıb. Movqe.Az xəbər verir ki, İspanıyanın "Real Madrid" Futbol Klubunun futbolçusu K.Ronaldonun sevgilisi rus model İ.Şayk, İtaliyanın tanınmış markası "İntimissimi"nin "The Perfect Bra Book" kitabının təqdimat mərasimi üçün İstanbula gələrək, mətbuat qarşısına çıxıb. Jurnalistlər İ.Şayka, əsasən şəxsi həyatı ilə bağlı suallar versələr də, o, suallardan yayınmağa çalışıb. Amma buna baxmayaraq, İ.Şayk jurnalistlərlə səmimi olub. Məşhur model sevgilisi ilə münasibəti haqqında yalnız bunu deyib: "Ronaldoyla ya küsürük, ya da barışırıq".

Fuad Mədətov

Movqe.Az