Təmas xəttində keçirilən növbəti monitorinqlə bağlı-Rəsmi xəbər

18 Fevral 2016 12:35 (UTC+04:00)

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.