"Günəşli" yatağında həyatını itirənlərin ailə üzvlərinə iş veriləcək – SOCAR

18 Fevral 2016 14:37 (UTC+04:00)

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq. Bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib. "Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək", - deyə A. Bəkirli bildirib.