Ziya Məmmədovun qəbul tarixi dəyişdi

18 Fevral 2016 16:47 (UTC+04:00)

Nəqliyyat naziri Qusara gedəcək. Vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədovun fevralın 19-da Qusar rayonunda keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Movqe.az-a Azərbaycan Nəqliyyat Nazirliyindən bildiriblər. Məlumatda qeyd olunur ki, Qusarda vətəndaşların qəbulu fevralın 29-da keçiriləcək.