Rusiya 17,7 mlrd. manatlıq antiböhran planı hazırlayıb

18 Fevral 2016 19:00 (UTC+04:00)

Rusiya antiböhran planına təxminən 880 mlrd. rubl (17,7 mlrd. manat) xərc çəkəcək. Movqe.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Xatırladaq ki, yanvarın 28-də A. Ulyukayev bildirib ki, antiböhran planı 750 mlrd. rubl (təxminən 15,1 mlrd. manat) xərc tələb edir.

Sənədin yekun variantı fevralın 29-u baş nazirin birinci müavini İqor Şuvalova təqdim olunmalıdır.