Sibel Can yaşını dəyişir

19 Fevral 2016 09:36 (UTC+04:00)

Müğənni Sibel Can yaşının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib.


Movqe.az axşam.az-a istinadən bildirir ki, şəxsiyyət vəsiqəsində doğum tarixi 1964 göstərilən ifaçı onun 1970-ə dəyişdirilməsini tələb edir. Sibelin atası Engin Cangüre vaxtilə qızının kazinolarda çıxış edə bilməsi üçün onun yaşını 6 il böyüdüb və şəxsiyyət vəsiqəsinə 1964-cü il təvəllüdlü yazdırıb.


S.Can isə İstanbul Asliye Hüquq Məhkəməsəinə baş vuraraq yaşının 52 olmadığını və atası tərəfindən bilərəkdən dəyişdirildiyini bildirib. İddiaçının ərizəsində yazılıb:


"Sibel Canın anası Emine Gül Sezerlə atası Engin Cangüre 1969-cu ildə ailə qurublar. Əgər Can 1964-cü ildə dünyaya gəlsəydi, o zaman anasının 12 yaşı olurdu ki, bu da mümkün deyil. İşə yenidən baxılmasını tələb edirik".