Bu gün Kıvanç Tatlıtuğun toyudur - fotolar
19 Fevral 2016 11:00 (UTC+04:00)
Movqe.az-ın Türkiyə mətbuatına istinadən
məlumatına görə, Parisdə baş tutacaq toya cütlüyün ailələri və
yaxın dostları qatılacaq. Aktyor və sevgilisi toyla bağlı son
hazırlıqları həll etmək üçün çərşənbə axşamı Fransaya yola
düşüblər. Fanatlarının xahişini yerə salmayan Kıvanç hava
limanında onlarla foto da çəkdirib.

Dünən axşam isə səbəbkarlar Parisdə məkanlardan
birində dostları ilə yemək yeyərkən toyun son detalları haqda
danışıblar. Toyda iştirak edəcək 50 dəvətli isə dünən Parisə gedib.
Tatlıtuğ və Dizer evləndikdən sonra aktyorun yeni aldığı evdə
yaşayacaqlar.