Qvardiolanın növbəti transfer hədəfi

19 Fevral 2016 11:52 (UTC+04:00)

Yayda "Manchester City"nin sükanı arxasına keçəcək Xosep Qvardiola bəzi transfer hədəflərini indidən müəyyənləşdirib. Qranit Cakanı gözaltı edən katalon mütəxəsis indi "Real"ın yarımmüdafiəçisi Toni Kroosa diqqət yetirir. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Qvardiola "City"nin idman direktoru Beqriştaynla bu barədə fikirlərini bölüşüb. Kroos klubunu dəyişmək fikrində olmasa da, ingilis klubu mövsümün sonunda yeni təklif hazırlamağı planlaşdırır. Rəhbərlik Qvardiolanın transfer işinə 200 milyon avro vəsait ayıracaq.