Əlağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçirilib (FOTO)

19 Fevral 2016 13:00 (UTC+04:00)

Fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əlağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçirilib.Movqe.az-ın məlumatına görə, konsertdə Respuklikanın xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak ediblər. Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndiriblər.Qeyd edək ki, Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Bu il ölkəmizin bir çox yerlərində görkəmli sənətkarımız Əliağa Vahidin 120 illiyi münasibəti ilə bir çox tədbirlər, sərgilər keçirilib.