Mərkəzi Bank bu gün 11 banka 24 mln. dollar satıb

19 Fevral 2016 14:50 (UTC+04:00)

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.