Hər gün bir armud yeyin, çünki...

20 Fevral 2016 14:00 (UTC+04:00)

Movq.az big.az-a istinadən  xəbər verir ki, bu bilgilər artıq çəkidən xilas olmağınız üçün sizə yardımçı olacaq.


Armud

Araşdırmalara görə, hər gün bir armud yemək artıq çəki almağınızı əngəlləyir.


Badam

Kalori hesabına görə tətbiq edilən pəhriz ilə gündə 70 ədəd badam yeməlisiniz. Bunu edənlərin 6 ayda kilolarının 18 faiz azaldığı müəyyən olunub. Badamın tərkibində doymamış yağlar, protein və liflər vardır ki bu da uzun müddət tox qalmağınızı təmin edir.


Yaşıl çay

Yaşıl çay ürək xəstəlikləri, xərçəng, diabeti əngəllədiyi qədər arıqlamağa da köməkçi olur. Araşdırmaya görə, yaşıl çay içənlər 12 həftədə 1,5 kiloqram arıqlayıb.


İstiot

İstiot da arıqlamağa kömək edən ərzaqlardandır. O, yağları əridir, vücuddakı qalan yağları enerjiyə çevirir.


Tam yağlı süd

Süd insanı uzun müddət tox saxladığı üçün arıq xanımlar formalarını bu məhsulun köməyilə saxlayır.


Yumurta

Səhər yeməyi zamanı yumurta yeməyiniz gün ərzində aclığınızı və çox bəslənməyinizi əngəlləyəcək. Səbəbi isə yumurtanın tərkibində proteinin olmasıdır.