"Kısmetse olur"un aparıcısı inanılmaz dərəcədə arıqlayıb - fotolar

19 Fevral 2016 18:05 (UTC+04:00)

Kanal D-nin evlilik proqramı "Kısmetse olur"un aparıcısı Seda Akgülün arıqlaması məşhurların da diqqətindən yayınmayıb.Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, model Cansu Taşkın və aparıcı Ebru Polat sürətlə arıqlayan Akgülə heyranlıqlarını bildiriblər. Ebru İnstaqramda "bu necə dəyişiklik, maşallah. "Qismətsə, olur" deyil, bu artıq olub. Keçmiş halından əsas-əlamət yoxdu" mesajını yayımlayıb.