Yanvar ayı üzrə manatın orta məzənnəsi açıqlanıb

19 Fevral 2016 19:15 (UTC+04:00)

Yanvar ayından milli valyutamız olan manatın digər valyutalara qarşı orta məzənnəsi açıqlanıb.Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, ötən ay milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,58 manata, 1 avroya - 1,72 manata, 100 Rusiya rubluna - 2,06 manata bərabər olub.