3 nəfər zəhərlənmədən xəstəxanaya yerləşdirilib

20 Fevral 2016 19:00 (UTC+04:00)

Azərbaycanda bir gündə 3 nəfər zəhərlənib.Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 19-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Ülkər Abdullayeva, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Sevinc Əzizova dərmandan, Gəncə şəhər sakini Barat Dadaşov isə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.