"İŞİD-çilər Moskvaya gətirildi"

20 Fevral 2016 20:00 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) təxminən iki həftə əvvəl Yekaterinburq şəhərində nəzarətə alınan 7 İŞİD terrorçusunu paytaxt Moskvaya gətirib.Movqe.az  bildirir ki, bu barədə RİA agentliyi məlumat yayıb.Xəbərə görə, terrorçular xidmətin baş idarəsində dindiriləcək. Lakin onların kimliyi barədə məlumat verilməyib.Xatırladaq ki, fevralın 8-də saxlanılan terrorçular Türkiyədən Rusiyaya keçib. Onların Rusiya və Orta Asiya ölkələrinin vətəndaşları olduğu təxmin edilir.