Bacılar bir gündə ərə getdilər, eyni gündə dul qaldılar - FOTO

20 Fevral 2016 22:30 (UTC+04:00)

Linda və Enn əkiz bacılardır. Onlar eyni gündə ərə getmişdilər, ərlərini də eyni gündə dəfn etdilər.

Movqe.az The Sun-a istinadən bildirir ki, Linda sürücü Derrik Tomlinsona vurulmuş, Enn isə Rolls-Royce zavodunda cilalayıcı işləyən Ron Rossun evlənmə təklifini qəbul etmişdilər.Bacılar eyni məktəbdə çalışırdılar.Əkiz bacıların nişan mərasimi eyni gündə, 1973-cü ilin mayın 13-də olmuşdu. Toy da eyni gündə, 1975-ci ilin fevralın 20-də keçirildi.61 yaşlı bacılar ərlərini eyni gündə dəfn ediblər.Şəkərli diabet xəstəsi olan Derrik 8 il əvvəl təqaüdə çıxmışdı. Xəstəlik nəticəsində o, əvvəlcə ayaq barmaqlarını, sonra da sol ayağını itirmişdi.64 yaşlı Ron isə ad günündən bir gün sonra bağırsaq xərçəngindən "Derby Hospital Royal"da vəfat edib.İngiltərənin Derbi qraflığında yaşayan 3 övlad anası Enn deyib: "Kədərliyik. Eyni gündə ailə qurduq, bacımla ərlərimizi də eyni gündə itirdik".