Pişik saxlayanların nəzərinə: DİQQƏTLİ OLUN!

22 Fevral 2016 07:00 (UTC+04:00)

Evdə pişik saxlamaq bir çox infeksion xəstəliklərin yaranmasına gətirib çıxara bilər.


Mütəxəsisslər apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.


Araşdırmalar nəticəsində məlum olub ki, pişiklərin qanında təhlükəli viruslar var. Bu heyvan özü xəstələnmədən qanındakı virusu illər boyu parazit şəklində daşıya bilir. Lakin sahibini cırmaqladıqda və ya dişlədikdə həmin şəxsi xəstəliyə yoluxdurur. Xəstəlik özünü günlərlə davam edən yüksək hərarət və bədənin müəyyən hissələrində yaranan şişmə halları ilə biruzə verir.


Qeyd edək ki, bir müddət əvvəl mütəxəsisslər evdə saxlanılan pişiklərin gözdə qlaukoma xəstəliyinin yaranma riskini artırdığı qənaətinə gəlmişdilər. Məlum olmuşdu ki, pişiklərlə ünsiyyət zamanı qanda immunoqlobulinin miqdarı artır ki, bu da qlaukomanın yaranmasının ilk səbəblərindən biridir.


atv.az