FHN dənizdə köməksiz qalmış balıqçıları xilas edib

22 Fevral 2016 09:15 (UTC+04:00)

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış 2 nəfər balıqçı xilas edilib.Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.Onlar balıqçıları xilas edərək qayığı sahilə çıxarıblar.