Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib

22 Fevral 2016 10:40 (UTC+04:00)

Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib.


Movqe.az  TASS agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri İvodzima adasından 329 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 30 km dərinlikdə qeydə alınıb.


Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb.