Sidneydə Azərbaycan-Türk dostluq konserti keçirilib

22 Fevral 2016 10:56 (UTC+04:00)

Azərbaycanın Avstraliyadakı Səfirliyinin təşəbbüsü və Avstraliya-Türkiyə Təşviqat İttifaqının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının, Avstraliya-Türkiyə Qarşılıqlı İttifaqının, Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Birliyi Assosiasiyasının təşkilatçılığı ilə Sidney şəhərində Azərbaycan-Türk dostluq konserti keçirilib.

 

Movqe.az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən bildirilib. Konsert zamanı Azərbaycandan gəlmiş Dövlət Mahnı və Rəqs ansamblının solistləri, əməkdar artistlər Sevinc Hüseynli və Elnur Süleymanov milli rəqs nümunələri ilə göstəriblər, tarzən Şəhriyar İmanov milli musiqi ifa edib. Avstraliyada fəaliyyət göstərən "Austolian Dance Academy" adlı rəqs qrupu türk rəqs nümunələri nümayiş etdirib.

 

Həmçinin, Avstraliyada yaşayan həvəskar musiqiçilər Bəhram Şokrollazadə (Bahram Shokrollahzadeh) və pianoçu Tənnaz Rafie (Tannaz Rafiie), eləcə də həvəskar rəqqas Kirsti Fransesin (Kirsty Frances) ifa etdiyi milli musiqi nümunələri tamaşaçıların böyük marağına səbəb olub.