Xanımı üçün elə bir şey etdi ki… - FOTOLAR

22 Fevral 2016 21:00 (UTC+04:00)

Yaponiyada yaşayan yaşlı bir cütlüyün eşqi hər kəsi təəccübləndirir.Movqe.az publika.az-a istinadən xəbər verir ki, xüsusilə də, cənab Kurokinin həyat yoldaşı üçün etdiyi fədakarlıq insanın sevgiyə olan inamını artırır.Qocalana kimi xoşbəxt ömür sürüb iki övlad yetişdirən Kuroki cütlüyünün həyatı bir xəstəliklə dəyişib. Belə ki, şəkər xəstəsi olan xanım Kuroki görmə qabiliyyətini itirib. O, bundan sonra depressiyaya düşərək evdən çölə çıxmaq istəməyib. Əri isə ona yenidən həyat eşqi bəxş etmək üçün əlindən gələn hər şeyi edib. Həyat yoldaşının qoxulara qarşı həssas olduğunu bilən cənab Kuroki bu fikirlə yola çıxaraq evin həyətini çiçəklərlə bəzəməyə başlayıb. İki il əmək sərf edərək bağçanı xanım Kurokinin ən sevimli çiçəyi ilə cənnət çevirən ər, nəhayət, məqsədinə çatıb. İndi onun xanımı evdən çıxaraq bağçada xeyli vaxt keçirir, üzü gülür. Üstəlik, dünyanın hər yerindən onlarla turist onların eşqinin bəhrəsi olan bu gözəl bağçanı ziyarət etməyə gəlir.