İri ombalı qadınlar necə geyinməlidir? – TÖVSİYƏ

22 Fevral 2016 23:00 (UTC+04:00)

Kim Kardaşyan, Cennifer Lopez, Şakira kimi məşhurlar iri ombaları ilə pul qazanmağa davam edərkən gündəlik həyatda geniş ombalıların nələr yaşadığını unuduruq. Geniş ombalı qadınlar üçün geyim seçmək ciddi problem yarada bilir. Bəs nəyi geyinmək lazımdır, nəyi yox? Movqe.az bununla bağlı sizə bəzi tövsiyələr təqdim edir.

 

Kombinizon, qırçınlı, qat-qat donlar geyinmək istəyirsinizsə, nazik dabanlı ayaqqabılarla geyinin.

 

Köynək, ya koftanın nazik parçadan olmasına diqqət edin. Qalın parçalar bədənin iri hissələrini daha qalın göstərir.

 

Düşük belli gen şalvarlar geniş ombalı qadınlar üçün əla seçimdir.

 

Şıq, naxışsız köynəklərlə kombinlədiyinizdə, doğru rəng uyğunluğu yarada bildiyinizdə bütün diqqət ombadan geyimin uyğunluğuna yönələcək.

 

Yüksək belli cinslər, kəmərlər, trapesiya şalvarlar sizin üçün müdhiş sayıla bilər. Kəmərlərin hər çeşidindən istifadə edin.

 

 

Beldən kəmər taxılan geyimlər geniş ombalı qadınlar üçün kiçik bir hiylə sayıla bilər.

 

Ətəkləri nazik dabanlı ayaqqabılarla geyinin. Hündür daban ayaqqabı ombanı daha dik göstərərkən bol ətək omba genişliyini gizlədəcək. Midi ətəklər demode sayılsa da, doğru ayaqqabı ilə geyinilə bilər.

 

Assimetrik naxışlı geyimlər ilə maksi boy ətəklər, geniş ombalı qadınların geyinə biləcəklərindəndir.

 

Uzun don geyinmək məcburiyyətində deyilsiniz. Dizüstü donlara yönəlin. Neon rənglərdən qaçın. Bol-bol kəmərlər istifadə edin.

 

Saçlarınızı uzun saxlamayın. (aile.lent.az)