Dəyəri 10 milyon olan 1 dollarlıq sikkə sərgiyə çıxarılacaq

23 Fevral 2016 09:30 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallinn şəhərindəki Tarix muzeyində dünyanın ən bahalı sikkəsi sərgilənəcək.Movqe.az virtualaz.org-a istinadən məlumatına istinadən xəbər verir ki, bu, ABŞ-da basılmış 1 dollarlıq gümüş puldur.Onun dəyəri hal-hazırda 10 milyon dollar həcmində qiymətləndirilir. 1794-cü ildə buraxılmış sikkə "Flowing Hair" adlanır və üzərində Azadlıq ilahəsinin rəsmi əks olunub.1974-cü ildə bu sikkə 1250 dollara satılıb, 2013-cü ildə isə onu amerikalı iş adamı Brüs Morelan alıb.Vaxtilə 1 dollar kimi tədavüldə olmuş bu pul Tallinndən savayı, daha 8 Avropa paytaxtında sərgilənəcək.